Kanadanın Baş naziri Castin Trüdo Mark Zukerberqi yanğınlarla bağlı xəbərlərə görə tənqid edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Associated Press" nəşri məlumat yayıb.
Buna səbəb "Facebook"un Kanada xəbər resurslarına keçidləri bloklamaq qərarına olub.
Castin Trüdonun sözlərinə görə, "Facebook"un siyasəti ucbatından kanadalılar hazırda ölkədə tüğyan edən yanğınlar barədə vaxtında məlumat ala bilmirlər.