Operativ Məlumat Mərkəzi

Kanada Ukraynaya 47 milyon dollar ayıracaq

1 dəq
Paylaş:
Kanada Ukraynaya 47 milyon dollar ayıracaq

Kanada Müdafiə Nazirliyi Ukraynaya 47 milyon dollarlıq hərbi yardım edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" "Reuters"ə istinadən xəbər verir ki, bunu Kanadanın müdafiə naziri Uilyam Bleyr deyib.

"Kanada onlara qələbə qazandırmaq üçün əlindən gələni etməyə davam edəcək", - deyə nazir bildirib.

Ottavanın Ukrayna Silahlı Qüvvələrinə atıcı silahlar və döyüş sursatları, həmçinin qoruyucu vasitələri təhvil verəcəyi bildirilir.

Yardım paketi çərçivəsində vəsaitin bir hissəsi Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin xaricdə təlimi üçün ayrılacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər