"Kanada nüvə silahı hazırlamaq niyyətində deyil".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Kanadanın müdafiə naziri Devid Makqinti deyib.
Nazir bildirib ki, Kanada nüvə silahlarının yayılmaması prinsipinə sadiq qalan dövlət olaraq qalır.
3 fevralda Kanada Silahlı Qüvvələrinin Müdafiə Qərargahının keçmiş rəisi general Ueyn Eyr Ottavada keçirilən təhlükəsizlik konfransında bildirib ki, Kanada təhlükəsizlik naminə nüvə silahı hazırlamaq ideyasını rədd etməməlidir.
O qeyd edib ki, kanadalılar nüvə elektrik stansiyaları, lazımi mülki infrastruktur və lazımi elm adamları da daxil olmaqla, bu cür silahları hazırlamaq üçün bütün imkanlara malikdirlər.