Rəqəmsal cinayət prosesi zamanı risklərdən biri elektron qaydada konfidensiallığın təmin edilməsi və məxfi məlumatların qorunmasıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun "Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər" mövzusunda keçirilən konfransında deyib.
O qeyd edib ki, bu gün bu sahədə irəliləyiş əldə edilib.
"Praktiki addımların atılması vacibdir. Elektron icraat sistemində həm elektron, həm də kağız üzərində edilir. Bu da müstəntiqlərin işlərini artırır, prosesin uzanmasına səbəb olur.
Lakin rəqəmsallaşma müstəntiqin yüklənməsini aradan qaldıracaq, məhkəmənin işini də asanlaşdırmış olacaq".