Operativ Məlumat Mərkəzi

Kahramanmaraşın valisi Etibar Mirzəyevlə görüşüb

2 dəq
Paylaş:
Kahramanmaraşın valisi Etibar Mirzəyevlə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qardaş ölkədə...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar tədbirlər davam etdirilir.

FHN Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Bu çərçivədə, Türkiyə Respublikasının Kahramanmaraş rayonu valisi Ömər Faruk Coşqun fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə görüşüb.

Görüşdə zəlzədən ciddi ziyan çəkmiş Kahramanmaraş bölgəsində hazırki vəziyyət, atılacaq növbəti addımlar, o cümlədən FHN-in bölgədə zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar fəaliyyəti müzakirə olunub.

Ö.F.Coşqun FHN-in qüvvələrinin işini yüksək qiymətləndirib, göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər