Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"Azərbaycan Məhəlləsi"ndə 1 323 mənzilin inşası bitib

2 dəq
Paylaş:
"Azərbaycan Məhəlləsi"ndə 1 323 mənzilin inşası bitib

Kahramanmaraşdakı “ məhəlləsi”ndə 1 323 mənzilin inşası bitib, açarlar təqdim olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Haber Global" telekanalının yayımladığı süjetdə deyilir.

Bildirilib ki, buradakı digər binalarından fərqlənir:

"Diqqət çəkən başqa bir məqam isə odur ki, binalar çox hündür tikilməyib. Buna səbəb ərazinin seysmik zonada olmasıdır. Məhəllədə hazır yaşayış binaları olmaqla yanaşı, hazırda tikintisi davam edən binalar da var. Ərazidə təmir- davam edir, burada Azərbaycan tərəfindən məktəb də tikilib. Məktəb Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyır. "Azərbaycan məhəllləsi" 1 milyon 800 min kv metri əhatə edir. Məhəllədə iaşə və ticarət obyektləri də fəaliyyət göstərəcək".

Sujetdə qeyd olunub ki, zəlzələdən əvvəl bu məhəllənin adı Hayrullah idi:

"Naxçıvanda imzalanan müqavilədən sonra Azərbaycan tərəfi Kahramanmaraşda bu cür məhəllə yaratmaq istədiklərini bildirdi. Ondan sonra bu ərazi onlara ayrıldı. Zəlzələ dövründə də Azərbaycan tərəfi 1500 tondan artıq göndərib. Qardaş Azərbaycandan gələn yardım 395 yük maşınına yüklənib, 15 təyyarə və 25 dəmir yolu vaqonu ilə göndərilib. Bundan əlavə, Azərbaycandan 300 milyon türk lirəsinə qədər maliyyə yardımı alınıb".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax