Türkiyənin Kahramanmaraş şəhərində 200 konteynerlik Azərbaycan məhəlləsi yaradılacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Federasiyasının Türkiyə təmsilçisi Asif Qurban deyib.
Bildirilib ki, bu layihə Azərbaycandakı vətəndaş cəmiyyətlərinin dəstəyi ilə reallaşacaq.