Jurnalistlərə müdaxilə edənlər 600 manatadək cərimələnəcək

Jurnalistlərə müdaxilə edənlər 600 manatadək cərimələnəcək
17.02.2023 12:58
Aa
dəq

Media haqqında qanunvericiliyin pozulmasına görə cərimələr artırılır.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, media məhsullarının qanunla müəyyən edilmiş qaydada yayımına mane olmağa görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə ediləcəklər. Mövcud Məcəlləyə əsasən, kütləvi informasiya vasitələri məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa və ya dövri mətbu nəşrin tirajının pərakəndə satışına qanunla nəzərdə tutulmayan məhdudiyyətlər qoyulmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimələnir.

Eyni zamanda, layihəyə əsasən, jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə edilməsinə görə üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə müəyyənləşir.

Həmçinin Məcəlləyə təklif edilən digər dəyişikliklə qanunla müəyyən edilmiş müddətdə onların sorğusuna cavab verilməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq edilməsi təklif edilir. Hazırda qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə tətbiq olunur.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Həftənin ən çox oxunanları

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub
DAVAMIN OXU davamın oxu

İsveçrə şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərində iştirakı müzakirə olunub

İsveçrə şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərində iştirakı müzakirə olunub
DAVAMIN OXU davamın oxu

Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib

Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib
DAVAMIN OXU davamın oxu

Qeydiyyata alınmadan tütün məmulatını istehsal edənlər 12 min manatadək cərimələnəcək

Qeydiyyata alınmadan tütün məmulatını istehsal edənlər 12 min manatadək cərimələnəcək
DAVAMIN OXU davamın oxu

Milli Məclisin iclası başlayıb, gündəlikdə 18 məsələ var

Milli Məclisin iclası başlayıb, gündəlikdə 18 məsələ var
DAVAMIN OXU davamın oxu