“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqhem karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" “El Nacional” nəşrinə istinadən xəbər verir ki, son həftələrdə bir neçə klub Bellinqhem üçün 100 milyon avrodan yuxarı təkliflərlə çıxış edib.
Qeyd edilir ki, əgər futbolçunun çıxışında ciddi irəliləyiş olmazsa, Madrid təmsilçisi bu təkliflərdən birini qəbul etməyi nəzərdən keçirə bilər.
Qeyd edək ki, Cud Bellinqhem 2023-cü ildə “Borussiya Dortmund”dan 127 milyon avro qarşılığında “Real Madrid”ə transfer olunub. Onun “kral klubu” ilə müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir.
Bu mövsüm Bellinqhem bütün turnirlər üzrə 27 oyunda meydana çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Bu statistika isə onun karyerasındakı ən yüksək performans göstəricilərindən xeyli uzaqdır.