Cabbar Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin təqdimatı əsasında Ali Məclisin qərarı ilə Cabbar Musayev MR-in yeni Baş naziri təyin edilib. C.Musayev bu təyinatadək Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.