İsrail ABŞ və İran arasında aparılan danışıqların uğurla nəticələnəcəyinə böyük şübhə ilə yanaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Bildirilir ki, Tel-Əviv rəhbərliyi ABŞ Prezidenti Donald Trampın İrana qarşı atılacaq növbəti addımlarla bağlı qərarını gözləyir.
Müzakirələrin uğursuz olacağı təqdirdə, İsrailin İrandakı enerji və infrastruktur obyektlərinin yenilənmiş hədəf siyahısını təsdiqlədiyi iddia edilir.
Məlumata əsasən, Vaşinqton və Tel-Əviv arasındakı son təmaslarda İsrail tərəfi ehtimal olunan atəşkəslə bağlı narahatlıqlarını ifadə edib. İsrail vurğulayıb ki, hər hansı bir atəşkəs razılaşması aşağıdakı şərtləri özündə cəmləşdirməlidir:
- İranın zənginləşdirilmiş uranı təhvil verməsi;
- Zənginləşdirmə fəaliyyətlərinin tamamilə dayandırılması.
Xatırladaq ki, ABŞ-nin "Axios" xəbər platforması ABŞ, İran və regional vasitəçilərin daimi razılaşma əldə etmək məqsədilə 45 günlük atəşkəs şərtlərini müzakirə etdiyini yazmışdı. Donald Tramp isə rəsmi Tehrana razılaşma üçün əvvəlcə 48 saat vaxt versə də, sonradan bu müddəti aprelin 8-nə qədər uzatdığını elan edib.