İsrail Ordusunun baş qərargah rəisi, general-leytenant Eyal Zamir 28 fevralda başlayan İrana qarşı əməliyyatın davam etdirilməsi planlarını təsdiqləyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi vəziyyəti qiymətləndirmək üçün iclas keçirib və əməliyyatın davam etdirilməsi planlarını təsdiqləyib", - deyə açıqlamada bildirilib.
"Əməliyyatın başlamasından 48 saatdan az vaxt keçib və hələ qarşıda bir çox döyüş günləri var", - Zamir bildirib.