Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycandan Ermənistana neft məhsulları daşıyan qatar yola düşdü

1 dəq
Paylaş:
Azərbaycandan Ermənistana neft məhsulları daşıyan qatar yola düşdü

Bu gün Azərbaycandan Ermənistana göndərilən 971 benzin və 467 ton yanacağı " Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından salınıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, 18 vaqon "Aİ-92" markalı avtomobil benzini və 8 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola düşüb.

Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.

Eyni zamanda, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax