Əsas məzmuna keç

İsveçrənin İrandakı səfirliyinin daha üç əməkdaşı təxliyə olunub

İsveçrənin İrandakı səfirliyinin daha üç əməkdaşı təxliyə olunub

Tehrandakı diplomatlar Astara sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə keçiblər. Təhlükəsizlik tədbirləri və təfərrüatlar barədə ətraflı burada.

ru en

İsveçrənin Tehranda yerləşən səfirliyinin daha 3 əməkdaşı təxliyə olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” AZƏRTAC-a istinadən xəbər verir ki, İran sərhədini keçərək, “Astara” dövlət sərhədindən məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə ərazisinə daxil olublar.

Təxliyə prosesi sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib, sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…