Əsas məzmuna keç

İştvan Kovaç cəzalandırıldı: "Barselona" matçının hakimi üçün qərar

İştvan Kovaç cəzalandırıldı: "Barselona" matçının hakimi üçün qərar

UEFA Çempionlar Liqasında "Atletiko" ilə oyundakı penalti səhvi rumıniyalı referiyə baha başa gəldi. Mövsüm sonunadək kənarlaşdırılan hakimin DÇ-2026 taleyi bəlli oldu.

en ru

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində baş tutan "Barselona" – "" (Madrid) (0:2) matçının baş hakimi İştvan Kovaç cari mövsümün sonuna qədər oyunlardan kənarlaşdırılıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in "Sport.es" nəşrinə istinadən məlumatına görə, qurum rumıniyalı referinin sözügedən qarşılaşmada bir neçə ciddi səhvə yol verdiyini qeyd edib.

"Barselona" klubu hakimin idarəçiliyindən və VAR otağının fəaliyyətindən rəsmi şikayət edib. Kataloniyalılar oyunun 54-cü dəqiqəsində rəqib futbolçunun cərimə meydançasında topu əllə oynamasına baxmayaraq, təyin edilməməsini əsas gətiriblər.

Qeyd edək ki, cəzaya baxmayaraq, İştvan Kovaç DÇ-2026-da iş başında olacaq. Onun adı FİFA-nın turnir üçün hazırladığı hakim siyahısına daxil edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…