İstanbul boğazında gəmilərin hərəkəti bərpa edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.
Qeyd olunub ki, dumanın qismən çəkilməsi ilə əlaqədar gəmilər yenidən hərəkətə başlayıb.
***
İstanbul boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.
Qeyd olunub ki, buna səbəb hava şəraiti, o cümlədən müşahidə olunan qatı dumandır.
Hərəkətin nə zaman bərpa olunacağı bilinmir.