Əsas məzmuna keç

İsrailin Sumud Flotilyasında saxladığı türkiyəli deputatlar Azərbaycana gəlir

İsrailin Sumud Flotilyasında saxladığı türkiyəli deputatlar Azərbaycana gəlir

bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib. Onun sözlərinə görə, üç deputat Türkiyəyə gətirilmək üçün Azərbaycana yola...

İsrailin Qəzzaya Qlobal Flotilyasında saxladığı türkiyəli deputatlar Azərbaycana gətirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Keçeli bildirib.

Onun sözlərinə görə, üç deputat Türkiyəyə gətirilmək üçün Azərbaycana yola salınıb.

XİN rəsmisi qeyd edib ki, digər Türkiyə vətəndaşları üçün rəsmi Ankaranın fəaliyyəti davam edir.

Qeyd edək ki, İsrailin saxladığı Qlobal Sumud Flotilyasının iştirakçıları arasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) üç deputatı da olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…