Xilasetmə əməliyyatının ardından Fələstin Mülki Müdafiə Birliyi yazılı açıqlama verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Açıqlamada, "9 gün dağıntılar altında qaldıqdan sonra məhdud imkanlar və primitiv əl avadanlıqlarından istifadə etmələrinə baxmayaraq qruplarımız çətin şəraitdə Əhməd Naim adlı uşağı və 4 ailə üzvünü sağ-salamat xilas edə bilib".
Açıqlamada ailənin müalicə altında olduğu qeyd edilib.