İsraildə səfirliyimizin açılması İrana qarşı atılan addımdır? – Politoloqdan açıqlama

İsraildə səfirliyimizin açılması İrana qarşı atılan addımdır? – Politoloqdan açıqlama
30.03.2023 15:13
Aa
dəq

"Azərbaycanın İsraildə səfirliyinin açılması, həqiqətən, böyük hadisədir". 

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Azərbaycan müstəqillik qazandıqdan sonra İsrailin Azərbaycanda səfirliyinin fəaliyyət göstərdiyini diqqətə çatdıran politoloq bir sıra səbəblərdən Azərbaycanın həmin ölkədə səfirliyinin olmamasını qeyd edib:

"Vətən müharibəsindən sonra tamamilə yeni geosiyasi reallıqlar yarandı və İsraillə Azərbaycan arasında yaxınlığı ehtiva edən bir sıra kompanetlər formalaşdı. Məhz buna görə Azərbaycan İsraildə səfirlik açmaq qərarını verdi. Öncə turizm və ticarət nümayəndəliyi açıldı. Mən öz çıxışlarımda dəfələrlə qeyd etmişəm ki, bu nümayəndəliklər səfirliyə çevrilmədir və bu barədə siyasi iradə ortaya qoyulmalıdır".

Səfirliyin açılmasının ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacağını bildirən Hüseynov bundan sonra da əlaqələrin daha da inkişaf edəcəyini bildirib: 

"Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli münasibətlərə müsbət təsir göstərəcək. Siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar, mədəni sahələrdə əlaqələr keyfiyyətcə yeni müstəviyə qalxacaq. Təbii ki, səfirliyin açılması tamamilə başqa səviyyədədir. Eyni zamanda hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələrin gücləndirilməsi həyata keçiriləcək. Çünki cənab nazir Ceyhun Bayramovun İsrailə səfəri zamanı xarici işlər naziri, baş nazir və müdafiə naziri ilə mühüm və məhsuldar görüşlər keçirildi. Buna görə də, bizim üçün önəmli olan regionun təhlükəsizliyinin qurulmasıdır.

Digər tərəfdən, Azərbaycanın İsraildəki səfirliyini heç bir vəchlə Rəsmi Bakının İrana qarşı addım atması kimi qiymətləndirmək doğru deyil və Azərbaycan müstəqil xarici siyasət yürüdür, heç kimdən asılı olmayan, heç kimin təzyiqi ilə razılaşmayan və boyun əyməyən bir qalib dövlətimiz vardır. Dövlətimizin liderinin uzaqgörən, gələcəyə hesablanmış siyasi xətti mövcuddur. Məhz buna görə Azərbaycanın atdığı praktiki addımlar yalnız bizə geniş planda nailiyyətlər qazandıracaq. Həmçinin, səfirliyin açılması üçüncü dövlətlərlə qarşı interpretasiya etmək, bu mövzuda spekulyasiyaların genişləndirilməsinə səbəb olmaq da yolverilməzdir və biz bunu qətiyyətlə rədd edirik".

Məlik Məlikov

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu