"Azərbaycanın xoş niyyətindən istifadə etdilər" - MÜSAHİBƏ

"Azərbaycanın xoş niyyətindən istifadə etdilər" - MÜSAHİBƏ
30.03.2023 12:01
Aa
dəq

Azərbaycan ordusunun keçirdiyi əməliyyatın çox böyük əhəmiyyəti var. Ən böyük əhəmiyyəti ondan ibarətdir ki, ermənilərin Ermənistandan Qarabağa davamlı olaraq silah daşıyırlar və bunun qarşısı alınır.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində hərbi ekspert Emin Həsənli deyib.

"Separatçıların Qarabağda bilirik ki, 10 mindən artıq canlı qüvvəsi var və rotasiya qaydası ilə dəyişirlər. Son dövrün müasir silahlarını da həmin bölgəyə gətirirlər. Buna görə torpaq yolu çəkmişdilər, alternativ yollardan istifadə edirdilər. Azərbaycan dövləti bütünlükdə bu yolları nəzarətə götürmək üçün son dövrdə əməliyyatlar həyata keçirir və bu əməliyyatlar uğurla nəticələnir.

Ermənistan beynəlxalq hüquq normalarına əməl etmir, götürdükləri öhdəlikləri yerinə yetirmir, sülh danışıqlarını kobud şəkildə pozur. Rusiya-Azərbaycan-Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində yaradılan üçtərəfli komissiyanın işçi qrupunun fəaliyyətinə tam mane oldular. Xarici İşlər Nazirlərinin razılaşmalarını, ardınca Azərbaycan Prezidenti və Ermənistan Baş Nazirinin razılaşmalarını pozdular. Avropa İttifaqının həm Rusiya həm də, Amerikanın vasitəsilə bu danışıqlar heç bir nəticə vermədi".

Ekspert qeyd edibki, Azərbaycan xoş niyyət üçün Laçından keçmək şərti ilə müasir yol çəkmişdi. O yolla Azərbaycan dövlətinə qarşı silah-sursat daşıdılar. O yolu humanitar məqsədlər üçün çəkmişdik ki, Qarabağda yaşayan ermənilər Ermənistana müalicə olunmaq, təhsil almaq üçün istifadə etsinlər. Əvəzinə isə Ermənistan bu yoldan hərbi məqsədlər üçün istifadə etdi.

"Azərbaycan dövləti bunun qarşısını alır və bundan sonra da qətiyyətlə qarşısını alacaqdır. Qısa bir müddətdə bölgədə sülhə məcburetmə, antiterror əməliyyatları da həyata keçiriləcəkdir. Ermənistan 2016-cı ilin aprel hadisələrindən sonra götürdüyü öhdəliyi yerinə yetirmədi və 2020-ci il əməliyyatı həyata keçirildi. İndi də 2020-ci ilin 10 noyabr öhdəliyi yerinə yetirilmədi. Buna görə də Azərbaycan məcburdur ki, növbəti əməliyyatları həyata keçirsin".

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu