Əsas məzmuna keç

İsraildə "İran" fənni tədris olunacaq

İsraildə "İran" fənni tədris olunacaq

Yeni ilindən İsrailin paytaxtı Təl-Əviv yaxınlığındakı Xolon şəhərinin “Navon” liseyində “İran” adlı fənn tədris olunacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Bildirilib ki, şagirdlərə əsas təhsil sahələrindən biri kimi “İran” təklif edilib və 15 məktəbli bunu qəbul edib.

Məlumata görə, fənnin tədrisi zamanı şagirdlərə İran İnqilab Keşikçiləri Qvardiyası (Sepah), Rza Pəhləvi və oğlu Məhəmmədrza şah dövründə baş verən etiraz mitinqləri, İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin siyasəti, ölkədə məzhəb məsələləri, o cümlədən fars dili öyrədiləcək.

“İran” fənnini hazırlayanlar tədris ilinin sonunadək şagirdlərin İsrailin İranla bağlı təhlükəsizlik və kəşfiyyat məsələlərini dərindən öyrənəcəklərinə ümid edirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…