Operativ Məlumat Mərkəzi

İsrail XİN başçısı ilə Entoni Blinken arasında telefon danışığı olub

1 dəq
Paylaş:
İsrail XİN başçısı ilə Entoni Blinken arasında telefon danışığı olub
bunu E.Kohen tviterdə yazıb. O bildirib ki, İsrail vətəndaşlarının ABŞ-a vizasız səfəri məsələsini müzakirə ediblər. “ABŞ ilə münasibətlər bizim xarici...

İsrailin xarici işlər naziri Eli Kohenlə ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu E.Kohen tviterdə yazıb.

O bildirib ki, İsrail vətəndaşlarının ABŞ-a vizasız səfəri məsələsini müzakirə ediblər.

“ABŞ ilə münasibətlər bizim xarici siyasətimizin əsas istiqamətlərindən biridir. Biz dostlarımızla dialoqu genişləndirmək üçün çalışacağıq”, - İsrailin XİN başçısı vurğulayıb.

Qeyd edək ki, daha əvvəl İsrailin Baş naziri Benyamin Netenyahu bildirmişdi ki, İsrail vətəndaşlarının ABŞ-a səfəri üçün bütün qanuni tələblər yerinə yetirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər