“Mən Xarici İşlər Nazirliyinə Türkiyəyə ağır fəlakətlə mübarizə üçün sürətli yardım proqramına rəhbərlik etməyi tapşırdım”.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İsrail xarici işlər naziri Eli Koen tviterdə yazıb.
O, həmçinin zəlzələ ilə əlaqələr Türkiyə xalqına başsağlığı verib: “Qəlbimiz həlak olanların yanındadır və yaralananların tezliklə sağalmasını arzu edirik”