Operativ Məlumat Mərkəzi

İsrail raketlə vurulur: Netanyahu təcili iclas çağırdı

1 dəq
Paylaş:
İsrail raketlə vurulur: Netanyahu təcili iclas çağırdı

Livandan İsrailə kütləvi raket hücumu başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu haqda İsrailin “kodkodgroup” Teleqram kanalı məlumat yayıb.

Atılan raketlərdən 15-i Dəmir Qübbə tərəfindən zərərsizləşdirilsə də, yaşayış yerlərinə düşən raketlər də var.

Hücum nəticəsində 3 nəfərin yaralandığı bildirilir.

Baş nazir Netanyahu Təhlükəsizlik Şurasının təcili iclasını keçirib. Hayfa hava limanı və ölkənin şimal hissəsində hava məkanı uçuşa bağlanıb. İsrail qırıcılarının Livan istiqamətində uçuşlar keçirdiyi bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər