Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrail Pezeşkianın ofisinə və Tehrana zərbələr endirdi - Rəsmi

2 dəq
Paylaş:
İsrail Pezeşkianın ofisinə və Tehrana zərbələr endirdi - Rəsmi

İsrail Ordusu (IDF) Tehranda strateji hökumət obyektlərinə, o cümlədən İran Prezidenti Məsud Pezeşkianın ofisinə və Ali Milli Şurasının binasına endirib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” ordunun mətbuat xidmətinə istinadən xəbər verir.

"Kompleksə zərbə zamanı administrasiyasının və Ali Milli Şurasının binalarına çoxlu sayda sursat atılıb", - İsrail Müdafiə Ordusunun bu gün yaydığı rəsmi məlumatda deyilir.

Bundan başqa, sənəddə təhlükəsizlik sahəsində qərar qəbuluna görə cavabdeh olan ali rəhbərliyin iclaslarının keçirildiyi kompleks, İran zabitlərinin təlim müəssisəsi və digər əsas infrastruktur obyektlərinin vurulduğu qeyd edilir.

"Adıçəkilən kompleks İranda ən çox mühafizə olunan obyektlərdən biridir və Tehranın mərkəzində bir neçə məhəlləni əhatə edir. Rəhbərlik və yüksək rütbəli təhlükəsizlik rəsmiləri orada mütəmadi olaraq müşavirələr keçirirdilər", - məlumatda vurğulanır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax