Operativ Məlumat Mərkəzi

İsrail ordusu Dəməşqi bombalayıb, Sepah-ın generalı və daha 4 zabiti ölüb - YENİLƏNİB

2 dəq
Paylaş:
İsrail ordusu Dəməşqi bombalayıb, Sepah-ın generalı və daha 4 zabiti ölüb - YENİLƏNİB
Sepah məlumatı təsdiqləyib. Bildirilib ki, Qüds qoşununun kəşfiyyat xidmətinin komandiri general Yusif Ümidzadə və daha 4 zabit Dəməşqin qərbində...

İsrailin Dəməşqə raket hücumu nəticəsində İran İnqilab Keçikçiləri Qvardisyanın (Sepah) Qüds qoşununun generalı və daha 4 zabiti ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, Sepah məlumatı təsdiqləyib.

Bildirilib ki, Qüds qoşununun kəşfiyyat xidmətinin komandiri general Yusif Ümidzadə və daha 4 zabit Dəməşqin qərbində yerləşən Mezze məhəlləsinə endirilən raket zərbələrin nəticəsində ölüb.

Məlumata görə, hücum 3 təyyarə ilə reallaşdırılıb. İran zabitlərinin qaldığı 4 mərtəbəli bina tamamilə dağılıb.

***

İsrail ordusunun Suriyanın Dəməşq şəhərini bombalaması nəticəsində İran İslam İnqilab Keşikçiləri Korpusunun (Sepah) 5 əməkdaşı ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı “France Press” Agentliyi yayıb.

Hadisə Sepah üzvlərinin İrana aid bir qərargahda iclas keçirdiyi zaman baş verib.

Məlumata görə, təxminən bir ay əvvəl İsrailin Dəməşqə hava zərbələri nəticəsində İran İslam İnqilab Keşikçiləri Korpusunun briqada generalı Razi Musəvi də ölmüşdü. O, 4 il öncə ABŞ hərbçiləri tərəfindən zərərsizləşdirilmiş Sepahın Qüds qolunun komandanı, general Qasım Süleymaninin ən yaxın adamı sayılırdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər