İsrail ordusu ehtiyatda olan hərbçiləri Livanla sərhəddə yerləşən şəhərlərə göndərib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti İsrail Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.
Bu əməliyyat İsrailin şimalında qoşunların gücləndirilməsi fonunda həyata keçirilib. Ehtiyatda olan hərbçilər müxtəlif tapşırıqları yerinə yetirirlər.
Bundan əvvəl İsrail hərbçilərinin HƏMAS-ın məhv edilməsi üçün genişmiqyaslı əməliyyata başladığı bildirilirdi. Bu çərçivədə hərəkatın elit bölməsinin operativ idarəetmə mərkəzlərinə zərbə endirilib.