Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan bəri İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 1030 fələstinlini, o cümlədən HƏMAS hərəkatının 670 fəalını saxlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Oktyabrın 26-da isə İsrail təhlükəsizlik qüvvələrinin İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 17-si HƏMAS üzvü olmaqla, axtarışda olan 36 şəxs saxlanılıb.