İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində Qəzza zolağında 35 müxtəlif hədəfi vurub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.
Hərbçilər hücuma məruz qalan hədəflər arasında “silahlı terrorçu qrupları, terror obyektləri və partlayıcılarla təchiz olunmuş binaları” qeyd ediblər.
İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərində əməliyyatlarını davam etdirir. Ordu bəyan edib ki, "son günlərdə qoşunlar yaxın məsafədən döyüşlər və zərbələr nəticəsində çoxlu sayda terrorçunu məhv edib".
Bundan əlavə, ordu Xan Yunisdə əməliyyat fəaliyyətini davam etdirir.