İsrail Xarici İşlər Nazirliyi 32 ölkəni İranın raket proqramına qarşı sanksiyalar tətbiq etməyə və İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan etməyə çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, departamentin rəhbəri İsrael Katz bu barədə sosial şəbəkədə yazıb.
Xarici işlər naziri qeyd edib ki, raket və pilotsuz uçuş aparatlarının (PUA) buraxılışına hərbi müdaxilə etməklə yanaşı, İrana qarşı diplomatik hücum həyata keçirir.