Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrail və Livan arasında danışıqların dördüncü raundu baş tutub

2 dəq
Paylaş:
İsrail və Livan arasında danışıqların dördüncü raundu baş tutub

Departamentinin sözçüsü Tommi Piqot "X" sosial şəbəkəsindəki paylaşımında İsrail və nümayəndə heyətlərinin nazirlikdə bir araya gəldiyini bildirib. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Piqot görüşlərdə müəyyən irəliləyişlərin qeydə alındığını vurğulayıb. O, tərəflərin Livanın suverenliyinin bərpası və İsrailin təhlükəsizliyinin təmin olunmasını nəzərdə tutan hərtərəfli razılaşma istiqamətində irəlilədiklərini qeyd edib.

ABŞ-ın vasitəçilik missiyasını davam etdirməkdə qərarlı olduğunu bildirən sözçü, danışıqların növbəti mərhələsinin çərşənbə günü keçirilməsinin planlaşdırıldığını əlavə edib.

Xatırladaq ki, martın 2-dən etibarən İsrail ordusu Livana intensiv hava zərbələri endirib və ölkənin cənubunda bir sıra yaşayış məntəqələrini nəzarətə götürüb. Livan hökumətinin məlumatına əsasən, münaqişə səbəbindən ölkədaxili köçkünlərin sayı 1 milyonu keçib. Livan isə martın 2-dən bəri davam edən hücumlarda 3 433 nəfərin həlak olduğunu bəyan edib.

Diplomatik proseslər çərçivəsində ABŞ Prezidenti Donald Tramp aprelin 24-də tərəflər arasında aprelin 17-də qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsin 3 həftə uzadıldığını elan etmişdi. Mayın 14-15-də baş tutan üçüncü raund danışıqların nəticəsi olaraq atəşkəsin 45 gün uzadılmasına və iyunun əvvəlində dördüncü raundun keçirilməsinə qərar verilmişdi.

Hazırkı vəziyyətdə, elan olunan atəşkəsə baxmayaraq, İsrail ordusunun Livanın cənubundakı əməliyyatlarını və dağıntıları davam etdirdiyi, ""ın isə atəşkəsin pozulması bəhanəsi ilə İsrail hərbçilərinə qarşı hücumlar təşkil bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax