Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İspaniya Fasdan gələn 500 uşağı ana ölkəyə köçürməyə hazırlaşır

2 dəq
Paylaş:
İspaniya Fasdan gələn 500 uşağı ana ölkəyə köçürməyə hazırlaşır

hökuməti Şimali Afrikadakı şəhərində yerləşən miqrant uşaqların ölkənin hissəsinə köçürülməsi ilə bağlı yeni plan hazırlayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, İspaniya mətbuatının Uşaq və Gənclər Nazirliyindəki mənbələrə istinadən yaydığı məlumata görə, ilkin mərhələdə Sebtədəki 500 uşağın İspaniyanın materik ərazisinə yerləşdirilməsi nəzərdə tutulur.

Uşaq və Gənclər naziri Ruben Perez də vəziyyəti yerində qiymətləndirmək üçün bazar günündən etibarən Sebtedədir.

Xatırladaq ki, iyulun 30-da Fasın Fenidek şəhəri sahillərindən İspaniyanın Şimali Afrikadakı Sebtəyə üzərək keçməyə çalışan 800-dən çox qeyri- miqrantla bağlı gərginlik yaşanıb.

Hadisədən sonra İspaniya hökuməti bölgədə təhlükəsizliyin təmin olunması üçün mövcud resursların səfərbər edildiyini açıqlayıb.

Miqrasiya təzyiqinin artması fonunda sərhəd təhlükəsizliyinin gücləndirilməsi məqsədilə bölgəyə silahlı qüvvələrin yerləşdirilməsi barədə də qərar qəbul edilib.

Rəsmi məlumatlara görə, Fasdan İspaniyaya keçməyə çalışarkən həyatını itirən miqrantların sayı 88-ə çatıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə