İspaniya Hörmüz boğazında hərbi əməliyyatlarda iştirak etməyəcəyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Xose Manuel Albarez RNE radiosuna verdiyi müsahibədə bildirib ki, Hörmüz boğazı bütün ölkələrin gəmiləri üçün azad, təhlükəsiz və maneəsiz tranzit zonası olmalıdır.
Nazir qeyd edib ki, İspaniya bu bölgədə heç bir hərbi əməliyyata qoşulmaq niyyətində deyil və dəniz daşımalarının təhlükəsizliyinin diplomatik yollarla təmin edilməsinin tərəfdarıdır.
Albarez həmçinin İsrail ilə Avropa İttifaqı arasında Assosiasiya Sazişinin dayandırılmasını dəstəklədiyini bir daha vurğulayıb.
Onun sözlərinə görə, Avropa İttifaqı yalnız demokratik prinsiplərə və fundamental insan hüquqlarına hörmət edən ölkələrlə əməkdaşlıq etməlidir.