İsmayıllıda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb

İsmayıllıda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb
04.07.2023 15:42
Aa
dəq

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşısı bir neçə əməliyyat keçirilib, saxlanılanlar var.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbir zamanı narkotik tərkibli bitkilər becərməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini İlqar Mamedov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən oradan həmin şəxsin xüsusi aqrotexniki qulluq göstərməklə yetişdirdiyi 25 ədəd çətənə bitkisi aşkar edilib.

Keçirilən digər əməliyyat zamanı isə rayon sakini Taleh Dəmirli saxlanılıb. Onun yaşadığı kənd ərazisində çöllük sahədə becərdiyi ümumi çəkisi 4 kiloqrama yaxın olan 13 ədəd narkotik tərkibli çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Həftənin ən çox oxunanları

Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb

Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıb
DAVAMIN OXU davamın oxu

İrandan Azərbaycana gətirilən narkotiki satmaqda şübhəli bilinən şəxs tutulub

İrandan Azərbaycana gətirilən narkotiki satmaqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu

Bakıda motosiklet piyadanı vurub

Bakıda motosiklet piyadanı vurub
DAVAMIN OXU davamın oxu

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü

Azərbaycanda polis zabiti faciəli şəkildə öldü
DAVAMIN OXU davamın oxu