Əsas məzmuna keç

İsmayıllıda Namazgah-Lahıc yolunda uçqun baş verib

İsmayıllıda Namazgah-Lahıc yolunda uçqun baş verib

bu barədə Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev açıqlama verib. O bildirib ki, sürüşmə potensiallı sahələrin monitorinqi...

Son günlər ölkə ərazisinə yağan intensiv yağıntılar nəticəsində İsmayıllı rayonu ərazisindəki Namazgah-Lahıc yolunda kiçik miqyaslı uçqun hadisəsi qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli açıqlama verib.

O bildirib ki, sürüşmə potensiallı sahələrin monitorinqi aparılır:

“Ölkə ərazisində keçirilən monitorinqlərin nəticəsinə görə, hazırda digər ərazilərdə ekzogen-geoloji proseslərin dinamikasında nisbi stabillik müşahidə olunur. Lakin intensiv yağışların təsirinin növbəti günlərdə müşahidə oluna biləcəyi ehtimalını nəzərə almaq lazımdır”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…