İslamofobiya ilə mübarizəyə dair beynəlxalq konfrans işinə başlayıb

İslamofobiya ilə mübarizəyə dair beynəlxalq konfrans işinə başlayıb
15.03.2023 09:26
Aa
dəq

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır.

Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparması gözlənilir.

Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.

Həftənin ən çox oxunanları

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu

Allahşükür Paşazadə sabah Rusiyaya gedir

Allahşükür Paşazadə sabah Rusiyaya gedir
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Çilini Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Çilini Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Suqovuşana gəliblər - YENİLƏNİB

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Suqovuşana gəliblər - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım edib

Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım edib
DAVAMIN OXU davamın oxu