Operativ Məlumat Mərkəzi

İslamabadda İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

1 dəq
Paylaş:
İslamabadda İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Pakistan İslam Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 11-də İslamabadda rəsmi qarşılanma mərasimi keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Əvvəlcə rəsmi foto çəkdirildi.

Azərbaycan Respublikasının və Pakistan İslam Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.

Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Pakistan nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Baş nazir Məhəmməd Şahbaz Şərifə təqdim olundu.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər