Əsas məzmuna keç

İslam Əməkdaşlıq Təşkilatı Quran təxribatı ilə bağlı toplanır

İslam Əməkdaşlıq Təşkilatı Quran təxribatı ilə bağlı toplanır

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) iyulun 2-də Səudiyyə Ərəbistanının şəhərində İsveçdə Qurani-Kərimin yandırılmasını müzakirə edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, diplomatik mənbələrdən verilən məlumata görə, İƏT məsələ ilə bağlı fövqəladə iclas keçirəcək və Qurani-Kərimin 28 iyun 2023-cü ildə İsveçin paytaxtı Stokholmda yandırılması ilə bağlı müzakirələr aparacaq.

İƏT Zirvəsi dövrünün sədri Səudiyyə Ərəbistanının tələbi ilə İƏT-ə üzv ölkələrin, eləcə də , , Qambiya, Pakistan, Mavritaniya və Kamerunun daxil olduğu İƏT İcraiyyə Komitəsinin üzvü olan ölkələrin Daimi Nümayəndələrinin iştirak edəcəyi Fövqəladə Açıq İştirak üzrə İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Toplantıda bu alçaq hərəkətlərə qarşı görüləcək tədbirlərin müzakirəsi və Qurani-Kərimə qarşı hörmətsizliyə qarşı ortaq münasibət nümayiş etdirilməsi qarşıya məqsəd kimi qoyulub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…