ABŞ artıq anlamalıdır ki, dünyada təzyiq ilə, hədə ilə, əmr dili ilə danışmaq qəbuledilməz bir haldır. Baxmayaraq ki, bu günə qədər Amerikanın bu hədə, təzyiq və təhdid dolu ritorikasına boyun əyməyən ölkələr var. Azərbaycan elə ölkələrdən deyil ki, ABŞ onunla hansısa bir tonla danışsın.
Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində politoloq Tural İsmayılov bildirib.
Əslində Ceyms O'Braynın açıqlamaları, ABŞ-nin Azərbaycan əleyhinə ermənipərəst mövqe tutması və eyni zamanda ölkəmiz haqqında ''907-ci düzəliş'' də daxil olmaqla bir sıra məsələləri yanlış şərh etməsi, Azərbaycanla əlaqələrə dair Ceyms O'Braynın timsalında kəskin ifadələrin işlədilməsi, ABŞ-nin regionun ən önəmli ölkələrindən biri olan Azərbaycanı siyasi dəyərini və çəkisini anlamaqla bərabər həm də, Azərbaycana qarşı öz təhdidlərini, hədəflərini nümayiş etdirir.
Ancaq ABŞ-nin Antoni Blinkenin timsalında prezident İlham Əliyevə üzrxahlıq edilməsi, Ceyms O'Braynın səfəri ilə bağlı Azərbaycana xahiş edilməsi ABŞ-nin artıq Azərbaycanın kəskin mövqeyindən sonra öz kəskin ritorikasında geri dönüş etdiyini göstərir. Ancaq istənilən halda bu bir daha göstərmiş oldu ki, ABŞ də daxil olmaqla dünyanın heç bir ölkəsi Azərbaycanla o tonda, kəskin ritorika ilə danışa bilməz.
Bu gün Azərbaycan hansısa bir formada Ermənistanı təhdid etmir, əksinə ABŞ 30 il ərzində Ermənistanın Azərbaycan torpaqlarının işğalı faktoruna qarşı praktiki olaraq heç bir səs çıxarmamış, əksinə həmişə işğalçı ilə işğala məruz qalanı tərəzinin eyni gözünə qoymağa çalışmışdır.
Aminə Nəzərova