Əsas məzmuna keç

İsfahan hava limanı fəaliyyətini bərpa edib

İsfahan hava limanı fəaliyyətini bərpa edib

bu barədə İranın rəsmi agentliyi İRNA məlumat yayıb. Açıqlamaya görə, sahə yoxlamaları və texniki, əməliyyat və təhlükəsizlik şərtlərinin ətraflı...

İranın İsfahan əyalətindəki Beheşti Beynəlxalq bir aydan çox fasilədən sonra daxili və beynəlxalq uçuşları bərpa edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın rəsmi agentliyi İRNA məlumat yayıb.

Açıqlamaya görə, sahə yoxlamaları və texniki, əməliyyat və təhlükəsizlik şərtlərinin ətraflı qiymətləndirilməsindən sonra İsfahanın Şəhid Beheşti Beynəlxalq Hava Limanı bu gündən etibarən uçuşlara yenidən açılıb.

Bildirilib ki, hava limanı üçün infrastruktur hazırlıqları başa çatıb və 34 günlük bağlandıqdan sonra uçuşlar məhdudiyyətsiz həyata keçiriləcək.

İyunun 13-də İran və arasında danışıqları davam edərkən, İsrail İranın müxtəlif şəhərlərində nüvə və hərbi obyektlərə, eləcə də mülki ərazilərə hücum edib.

Hücumlar ölkənin hava limanlarını hədəf alaraq bir neçə şəhərin hava limanlarına ziyan vurub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…