İran mediasının məlumatına görə,
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Hörmüz boğazını blokadaya alması fonunda Fars körfəzinin cənubundakı Amerika hərbi bazalarını hədəfə ala biləcəyini bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə SEPAH sözçüsü İbrahim Zülfüqari açıqlama verib.
“ABŞ-nin Fars körfəzinin cənubundakı bütün hərbi bazaları yaxın gələcəkdə zərərsizləşdiriləcək”, - deyə o bildirib.
Məlumata görə, açıqlama mayın 17-də Birləşmiş Ərəb Əmirliklərinə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumdan sonra səsləndirilib.
Bildirilir ki, dronlardan biri Əl-Dəfra bölgəsində yerləşən Bərəkə Atom Elektrik Stansiyasının yaxınlığındakı elektrik generatoruna çırpılıb və nəticədə yanğın baş verib.
Hadisə bölgədə təhlükəsizliklə bağlı narahatlıqları daha da artırıb.