İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Səudiyyə Ərəbistanındakı neft-kimya zavodlarına hücum etdiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı İran mediası yayıb.
Bildirilib ki, hücum Səudiyyə Ərəbistanının Əl-Cübeyl bölgəsində yerləşən Sadara, "ExxonMobil" və "Dow Chemical" şirkətlərinə məxsus neft-kimya komplekslərini, eləcə də Əl-Cuyama bölgəsində "Chevron Philips" şirkətinə məxsus obyektləri hədəf alıb.
SEPAH qeyd edib ki, hədəflərə orta mənzilli raketlər və kamikadze dronlardan istifadə olunub.