İran İnqilab Keşikçiləri yeni xəritə yayımlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) donanması Hörmüz boğazı ərazisini əks etdirən yeni xəritə təqdim edib.

Məlumata görə, açıqlamada bildirilib ki, göstərilən ərazi İranın Kuh-e Mubarak bölgəsindən Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra (Fujairah) bölgəsinin cənubuna qədər uzanır.
Bildirilib ki, xəritədə həmçinin Qeşm adası ilə BƏƏ-nin Umm əl-Küveyn bölgəsi arasında ikinci xətt də göstərilib.
Qeyd olunub ki, təqdim edilən xəritə Hörmüz boğazı ətrafında İranın hərbi nəzarət zonası kimi təqdim olunur.