slam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində 35 gəminin Hörmüz boğazını keçdiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə SEPAH Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr ofisi məlumat yayıb.
Məlumata görə, icazələr alındıqdan və SEPAH-ın dəniz qüvvələri ilə koordinasiya aparıldıqdan sonra neft tankerləri, konteyner gəmiləri və digər kommersiya gəmiləri boğazdan təhlükəsiz şəkildə keçib.
Bildirilib ki, gəmilərin keçidi SEPAH-ın təhlükəsizlik nəzarəti altında həyata keçirilib.
Açıqlamada vurğulanıb ki, ABŞ-nin Hörmüz boğazındakı hərbi əməliyyatlarının yaratdığı təhlükələrə baxmayaraq, SEPAH Hərbi Dəniz Qüvvələri gəmiçilik və qlobal ticarətin davam etdirilməsi üçün “təhlükəsiz su yolu” formalaşdırıb.