İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı "Al-Azraq" aviabazasına raket zərbələri endirdiyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, SEPAH-ın "Telegram" kanalında yayılan məlumata görə, əməliyyat bu gün səhər saatlarında Hava-Kosmik Qüvvələri tərəfindən ballistik raketlərdən istifadə edilməklə həyata keçirilib.
Bildirilib ki, zərbələr aviabazanın uçuş-enmə zolağına və "F-35" qırıcılarının texniki xidmət anqarına yönəldilib. SEPAH iddia edib ki, hücum nəticəsində üç "F-35" qırıcısı məhv edilib, daha üç təyyarə isə ciddi zədələnib.
İran tərəfi bu əməliyyatın ABŞ-nin "Keşm" adasına endirdiyi aviazərbələrə cavab olaraq həyata keçirildiyini bildirib.
Açıqlamada qeyd olunub ki, Tehran bölgədəki ABŞ hərbi mövcudluğuna qarşı fəaliyyətini davam etdirəcəyini bəyan edib.
Xatırladaq ki, SEPAH daha əvvəl İrana qarşı həyata keçirilən hücumlara görə ABŞ-yə cavab veriləcəyini açıqlamışdı. Hərbi qurumun son bəyanatı regionda gərginliyin daha da artdığına işarə edir.