Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco"ya məxsus "Ras Tanura" şəhərindəki neft emalı zavodu pilotsuz uçuş aparatının zərbəsindən sonra fəaliyyətini dayandırıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı “Reuters" məlumat yayıb.
Bildirlib ki, hazırda vəziyyət nəzarət altındadır.
Qeyd olunub ki, Fars körfəzi sahilində yerləşən "Ras Tanura" kompleksi Yaxın Şərqin ən böyük neft emalı zavodlarından biridir. Onun gündəlik emal gücü 550 min barel təşkil edir və Səudiyyə neftinin ixracı üçün əsas terminal rolunu oynayır.