İranın Hava Hücumundan Müdafiə vasitələri Şiraz şəhərinin səmasında İsrailin "Hermes 900" pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi məlumatında bildirilib.
"Bir ədəd qabaqcıl "Hermes 900" PUA-sı Şiraz səmasında müasir HHM sistemi tərəfindən ələ keçirilərək məhv edilib", - deyə qurumun məlumatında qeyd olunub.