İranda 2022-ci ilin sentyabrında başlayan və təxminən 4 aya yaxın davam edən etiraz aksiyalarının təşkilatçılığına görə edam cəzasına məhkum edilən iranlı rep ifaçısı Tumac Salihi haqqında verilən edam hökmü Ali Məhkəmə tərəfindən ləğv edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, İranlı rep ifaçısı Tumac Salihinin vəkili Əmir Rəisiyan "X" sosial media hesabında paylaşdığı açıqlamada müvəkkilinə İsfahan İnqilab Məhkəməsinin verdiyi edam hökmünün Ali Apellyasiya Məhkəməsinin 39-cu Palatası tərəfindən ləğv edildiyini bildirib.
İşə yenidən baxılacağını bildirən Reisiyan, "Gözlənildiyi kimi, Ali Məhkəmə düzəlməz bir məhkəmə səhvindən qaçdı",- deyə qeyd edib.
Xatırladaq ki, İranda 2022-ci ilin sentyabrında başlayan və təxminən 4 ay davam edən nümayişləri təşkil etməkdə günahlandırılan iranlı rep müğənnisi Salihi edam cəzasına məhkum edilsə də, daha sonra Ali Məhkəmə onun cəzasını həbslə əvəzləyib.
İranlı müğənniyə verilən ölüm hökmü ləğv edilib
Oxşar xəbərlər
Region xəbərləri
Bəqayi: Nüvə obyektlərinə qarşı təhdidlərə səssiz qalmaq olmaz
Region xəbərləri
ABŞ Hörmüz boğazındakı adaya zərbə endirdi
Region xəbərləri
Ukrayna Rusiyada daha iki "Wildberries" anbarını hədəf alıb
Region xəbərləri
İran İordaniya və Bəhreyndəki ABŞ hərbi bazalarına zərbələr endirdi
Eyni mövzuda
Daha çox: Region xəbərləri
Region xəbərləri
ABŞ İranda yeni hərbi hücumlar həyata keçirib
Region xəbərləri
İranın daxili işlər naziri Pakistana rəsmi səfərə başladı
Region xəbərləri
Rusiya reaktiv “Şahed”lərdən istifadə edir: Ukrayna şirkətləri sürətli dronlar hazırlayır
Region xəbərləri