Qərb İranın dinc nüvə proqramı ətrafında bilərəkdən böhran yaradıb. Tehran Vaşinqtonu yanaşmasını dəyişməyə çağırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın yeni prezidenti Məsud Pezeşkian "Tehran Times" üçün yazdığı məqaləsində bildirib.
"ABŞ və onun Qərb müttəfiqləri İranın dinc nüvə proqramı ilə bağlı böhran yaratmaq üçün nüvə silahının yayılmaması rejimindən qəsdən istifadə ediblər", - dövlət başçısı vurğulayıb.
O, həmçinin qeyd edib ki, ABŞ da İsrailin “nüvə arsenalını” dəstəkləyir.
İran prezidenti Pezeşkian dövlətin müdafiə doktrinasında nüvə silahı ilə bağlı müddəaların olmadığını qeyd edib və Vaşinqtonu İranın nüvə proqramı ilə bağlı siyasətini dəyişməyə çağırıb.