Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran raketi Türkiyədə zərərsizləşdirildi

2 dəq
Paylaş:
İran raketi Türkiyədə zərərsizləşdirildi

İrandan atılaraq İraqSuriya hava məkanını keçdikdən sonra istiqamətinə yönəldiyi müəyyən edilən raket, Şərqi dənizindəki NATO hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Türkiyə Milli rəsmi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir: "Hatay vilayətinin rayonunda yerə düşən parçaların hava müdafiə sursatına aid olduğu müəyyən edilib. Hadisə nəticəsində hər hansı itki və ya xəsarət qeydə alınmayıb".

Həmçinin əlavə olunub ki, vətəndaşların təhlükəsizliyini təmin etmək istiqamətində Türkiyənin iradəsi və imkanları ən yüksək səviyyədədir.

"Türkiyə regional sabitlik və sülhün tərəfdarı olmaqla yanaşı, haradan və kimdən gəlməsindən asılı olmayaraq, ərazilərinin və vətəndaşlarının təhlükəsizliyini təmin etməyə qadirdir. Torpaqlarımızın və hava məkanımızın müdafiəsinə yönəlik bütün addımlar qətiyyətlə və tərəddüdsüz atılacaqdır."

Bəyanatda vurğulanır: "Ölkəmizə qarşı yönəlmiş hər cür düşmən mövqeyə cavab vermək hüququmuzun qorunduğunu xatırladırıq. Bütün tərəfləri münaqişələrin bölgədə daha da genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq. Bu çərçivədə NATO və digər müttəfiqlərimizlə məsləhətləşmələri davam etdirəcəyik".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax